“Qaz təchizatı haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi ölkənin enerji təhlükəsizliyinin daha da gücləndirilməsidir.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında -sözügedən sənədin müzakirəsi zamanı bildirib.
"Məqsədlərdən biri də ətraf mühitin mühafizəsi, əhalinin dayanıqlı qazla təmin edilməsidir. Bu qanunla qazdan səmərli istifadə edilməsi təşviq olunacaq. Bu sahədə yeni islahatlar nəzərdə tutulub. Bu qanunun qəbulu energetika sektorunda islahatların davam etdirilməsində mühüm mərhələ olacaq”, - o vurğulayıb.
Yanvar-may aylarında pensiyalara 308 milyon manat çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib
Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq