Cari ilin beş ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 453 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“İki sahil” XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artıb.
Ümumilikdə cari ilin may ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 82 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. Kibertəhdidlərin 190-ı daxili araşdırma, 263-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 082 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.