12 iyun 2025 12:43
154

Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur

Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, regionlarda bu say daha da çoxdur:

“Sənədsiz evlərin sığortalanması da mümkün olmur. Misal olaraq, payız-qış mövsümündə güclü yağışlar səbəbindən Sabunçuda çox sayda evlər subasmaya məruz qaldı. Yaşayış sahələrinə ciddi ziyan dəydi. Həmin ərazidə 30-dan artıq zərərçəkənlərlə görüşdük, amma heç bir dəstək göstərə bilmədik. Çünki evlərinin sənədləri yox idi”.