12 iyun 2025 16:53
153

NATO Ukrayna və Rusiya sərhədlərində peyk nəzarətini genişləndirəcək

NATO Ukrayna və Rusiyanın alyansın şərq üzvləri ilə sərhədləri üzərində peyk vasitəsilə müşahidə imkanlarını genişləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə NATO Müttəfiqlərin Transformasiya üzrə komandanı Pierre Vandieu "Bloomberg"ə bildirib.

Onun sözlərinə görə, bu, alyansa digər məsələlərlə yanaşı, hərbi təlimlər, qoşunların hərəkəti və döyüş əməliyyatlarına nəzarət etməyə kömək edəcək.

Onun sözlərinə görə NATO ilk dəfə olaraq belə geniş əraziləri izləyə biləcək: "Rusların Ukraynada dayanacağına əmin deyilik. Biz onlara deyə biləcəyik: sizi izləyirik."

Bloomberg qeyd edir ki, NATO SINBAD peyk müşahidə proqramı üçün Amerikanın peyk görüntüləri təminatçısı olan Planet Lab-ı seçib.