12 iyun 2025 19:08
155

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

“İki dövlət, bir millət” prinsipi ilə həmrəy olduğumuz Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik”, - o bildirib.