12 iyun 2025 22:30
159

Sağ qalan sərnişin: 30 saniyə sonra

Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir sərnişini sağ qalıb.

“İki sahil” xəbər verir ki, sağ qalan sərnişinin Britaniya vətəndaşı Vişvas Kumar Rameş olduğu müəyyən edilib.

Onun adı və yeri həm səlahiyyətli orqanlar tərəfindən açıqlanan siyahıda, həm də minmə talonunda aydın şəkildə göstərilib. Vişva hazırda xəstəxanada tibbi müayinə və müalicə alır.

Jurnalistlərə verdiyi qısa müsahibədə Vişvas qəza anlarını belə xatırlayıb:

“Təyyarə havaya qalxdıqdan 30 saniyə sonra yüksək səs gəldi və sonra hadisə baş verdi. Hər şey bir anda oldu”.