14 iyun 2025 01:43
154

Beyləqanda bazarda yanğın olub

Beyləqanda bazar ərazisində yanğın olub.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.