14 iyun 2025 10:14
137

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi bu gün növbəti matçına çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığma Xorvatiyada Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.