14 iyun 2025 17:11
203

Ceyhun Bayramov ilə Hakan Fidan bölgədə yaranmış vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, tərəflər İsrailin İrana qarşı həyata keçirdiyi hücum və digər regional məsələləri müzakirə ediblər.