Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.