15 iyun 2025 00:52
137

Türkiyə NATO-nun radar məlumatlarının İsrailə ötürülməsi ilə bağlı iddiaları təkzib edib

Türkiyə Prezidenti yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi daha əvvəl bəzi sosial media şəbəkələrində NATO-nun Türkiyədəki radar stansiyasının İranla bağlı topladığı və İsrailə ötürüldüyü barədə məlumatlarla bağlı yayılan xəbərləri təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzin açıqlamasında deyilir.

"Kürecik radar bazasından (Malatya vilayəti - red.) alınan məlumatların İsrailə ötürülməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Kürecik radar bazası Türkiyənin milli təhlükəsizlik maraqlarına uyğun olaraq yaradılıb və NATO üzvü olan ölkələrin müdafiəsi üçün nəzərdə tutulub. Alınan məlumatlar qəbul edilən bütün prosedurlar çərçivəsində yalnız NATO müttəfiqi ölkələrə ötürülür", - deyə məlumatda bildirilir.

Mərkəz qeyd edib ki, bu radar bazasından alınan məlumatların İsrail kimi NATO üzvü olmayan ölkələrə verilməsindən heç bir söhbət gedə bilməz.