15 iyun 2025 19:20
111

Gimnastlarımız Dünya Kubokunda medallar qazanıblar

Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunda medallar qazanıblar.

“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışda Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu qızıl mükafat əldə edib.

Kişilərdən Murad Rəfiyev və Daniel Abbasov tandemi rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihin yer aldığı qrup turniri gümüş medalla başa vurub.

Qarışıq cütlər arasında mübarizə aparan Milana Əliyeva və Sabir Ağayev də yarışın gümüş mükafatına layiq görülüblər.