İyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Minsk Milli Aeroportunda general-polkovnik Z.Həsənovu belaruslu həmkarı qarşılayıb.
Azərbaycan müdafiə nazirinin səfər çərçivəsində Belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə ziyarəti nəzərdə tutulub.
***
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.
“İki sahil”in Belarus mətbuatına istinadən məlumatına görə, onu bu ölkənin müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.
Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.
Zəfər günü münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək