18 iyun 2025 17:29
124

Rusiya qazına bir çox alternativ var - "Total Energies"in baş direktoru

Avropa İttifaqının Rusiyadan enerji tədarükündən imtina etmək planına baxmayaraq, bazar 2029-cu ilə qədər təmin olunacaq.

“İki sahil” Bloomberg-ə istinadla xəbər verir ki, bunu Fransanın "Total Energies" şirkətinin rəhbəri Patrik Puyanne bildirib. 

O qeyd edib ki, Avropa üçün alternativlərin axtarışı prinsipial əhəmiyyət kəsb edir: "Yaxşı xəbər odur ki, LNG bazarı 2027, 2028 və 2029-cu illərdən etibarən yaxşı təmin ediləcək."