19 iyun 2025 10:10
89

Ötən ay 40 nəfər Azərbaycana readmissiya olunub

Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 40 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-nin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.