Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
O qeyd edib ki, Mahir Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb. Artıq 2-ci Bundesliqa klubunun 27 yaşlı futbolçu ilə 3 illik müqavilə bağladığı bildirilib.
Xatırladaq ki, Mahir Emrelinin son klubu Almaniyanın digər 2-ci liqa klubu "Nürnberq" olub. Onun adı başqa klublarla da hallanırdı.