Belarus Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə qoşunlarının (HHMQ) komandanı general-mayor Andrey Lukyanoviç Azərbaycana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin müavini - Azərbaycan HHQ-nin komandanı general-leytenant Namiq İslamzadə ilə danışıqlar aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Belarus-Azərbaycan hərbi əməkdaşlığının əsas istiqamətlərini və onun inkişaf planlarını müzakirə ediblər.
Səfər çərçivəsində belaruslu general-mayor həmçinin Azərbaycan HHQ-nin qərargahını ziyarət edib, Fəxri xiyabana gedərək gül dəstələri qoyub. Bundan başqa, A.Lukyanoviç Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi hissə və bölmələrinə də baş çəkəcək.
Zəfər günü münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək