Avropalı və amerikalı analitiklər ABŞ prezidenti Donald Trampın dövründə NATO-nun dağılmasından qorxurlar.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Tramp NATO-nun digər böhranlarını gücləndirir və Atlantikanın hər iki tərəfindəki analitikləri alyansın son nəticədə dağılacaqmı deyə düşünməyə vadar edir”, - deyə, məqalədə qeyd edilir.
Məqalə müəlliflərinin fikrincə, Şimali Atlantika Alyansı bir sıra problemlərlə, o cümlədən avropalılar tərəfindən etimad böhranı ilə üzləşib.