25 iyun 2025 11:18
134

Jean-Jacob Bicep: Avropa İttifaqının kənd təsərrüfatı siyasəti Qvadelupun təhlükəsizliyinə maneələr yaradır

Bizim yeganə vergi səlahiyyətimiz də əlimizdən alınıb. Beləliklə, Qvadelup məhsulları sıradan çıxarılıb. İqtisadiyyat, kənd təsərrüfatının davamlılığı, alternativ enerjiyə əlçatanlılıq barədə ciddi problemlərimiz var. Aparılan iqtisadi siyasətlərin qida suverenliyinə yönəlməməsi səbəbindən biz banan kimi məhsulları ixrac etmək imkanına malik deyilik.

“İki sahil” xəbər verir ki, bu sözləri Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi Jean-Jacob Bicep

Qvadelup adasına həsr olunmuş konfransda söyləyib.

O bildirib ki, bizim gömrük, ticarət sazişləri barədə də problemlərimiz var. İqtisadi müstəqilliyə nail olmaq üçün Avropa İttifaqının gömrük siyasətindən çıxmaq lazımdır. Bu qərar öz ticarətimizi inkişaf etdirməyə, iqtisadi, siyasi müstəqil olmağımıza yardım edəcək. Avropa İttifaqının kənd təsərrüfatı siyasəti Qvadelupun kənd təsərrüfatı və sanitar təhlükəsizliyinə maneələr yaradır. Biz regional tərəfdaşlarımıza tərəf yönəlməliyik. Ona görə də Fransa və Avropanın digər ölkələri ilə münasibətlərimizə yenidən baxmalıyıq.