25 iyun 2025 11:13
215

İcma sədri: Qərbi Azərbaycana qayıdışın qarşısını alacaq heç bir qüvvə yoxdur

Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, bunun qarşısını alan heç bir qüvvə yoxdur.

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli "Mirasa Sahibik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan məqsədlərinə doğru addım-addın irəliləyir.

İcma sədri əlavə edib ki, son bir ildə ölkənin təhsil müəssisələrində Qərbi Azərbaycana qayıdışla bağlı silsilə tədbirlər təşkil olunur:

"Biz tarixi və milli ənənələrə malik gənc nəsil yetişdiririk. Əks halda nə millətə, nə də Vətənə xeyir gələr. Belə bir nəslin formalaşmasında gənc müəllimlərin rolu böyükdür".