Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.
“İki sahil” agentliyə istinadla xəbər verir ki, araşdırma “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar aparılıb.
Nəticədə rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.