26 iyun 2025 10:05
110

Müavinət, təqaüd və sosial yardımlar bu gün ödənilib

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

Bu barədə "İki sahil"ə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.