26 iyun 2025 11:17
120

Minskdə IV Avrasiya İqtisadi Forumu keçirilir

Minsk Beynəlxalq Sərgi Mərkəzində IV Avrasiya İqtisadi Forumuna start verilib.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Forum Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin dövlət başçılarının iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının iclasına həsr olunub. Tədbir Belarusun 2025-ci ildə Aİİ orqanlarına sədrliyi çərçivəsində keçirilir.

Forum "Avrasiyanın iqtisadi inteqrasiya strategiyası: nəticələr və perspektivlər" mövzusuna həsr olunub.

Ümumilikdə forumun proqramına 33 ölkədən 2,7 mindən çox insanın iştirak edəcəyi 35 tədbiri əhatə edən altı tematik blok daxildir. Qarşılıqlı fəaliyyətin bütün sahələri tam əhatə olunub: maliyyə, sənaye və aqrar-sənaye kompleksi, energetika, texniki tənzimləmə və baytarlıq, Aİİ daxili bazarının inkişafı, ticarət, nəqliyyat, gömrük tənzimlənməsi, dövlət satınalmaları, statistika və s./Report/