Azərbaycan Çində dünyanın aparıcı sualtı kabel şirkətlərindən biri olan "Orient Cable" ilə "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılmasını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Çində "Orient Cable" şirkətində olduq. İnnovativ sualtı və yerüstü kabel sistemləri üzrə həllər təqdim edən şirkətin "yaşıl enerji ötürmə" infrastrukturu, sualtı və yüksək gərginlikli kabellər, dəniz avadanlıqları və mühəndisliyi sahəsindəki fəaliyyətləri ilə yaxından tanış olduq. Bu təcrübə Azərbaycanın "yaşıl enerji dəhlizi" və interkonnektor layihələrinin həyata keçirilməsi baxımından faydalı oldu", - nazir qeyd edib.
Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir - ŞƏRH
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyanada beynəlxalq iqtisadi proqramda iştirak edib