Yaponiyanın xarici işlər naziri Takesi İvaya ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür məktubu göndərib.
Bu barədə "İki sahil” Yaponiya XİN-in mətbuat xidmətinə istinadən məlumat verir. "Xarici İşlər naziri Takesi İvaya Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova göndərdiyi məktubda Yaxın Şərqdəki cari vəziyyət fonunda Yaponiya vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib", - məlumatda bildirlib.
Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb
Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır