28 iyun 2025 17:17
129

Türkiyədə daş karxanası çöküb

Ərzurumun (Türkiyə) Oltu rayonunda daş karxanası çöküb.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, nəticədə bir fəhlə həlak olub, ikisi isə ağır yaralanıb.

Əraziyə çoxlu sayda təcili tibbi yardım, xilasetmə, AFAD və jandarma qrupları göndərilib.

Ərzurum valisi Mustafa Çiftçi də bölgəyə gedib.

"Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Təcili yardımla xəstəxanaya çatdırılan yaralıların vəziyyəti ağırdır", - deyə M.Çiftçi məlumat verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”