Bu ilin l rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 17,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,6 % azdır.
Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,9 %-dən 5,5 %-ə düşüb.
Rüb ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 110,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 42,1 % azdır.
Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,6 %-dən 0,7 %-ə çatıb.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.