28 iyun 2025 20:09
130

Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş vermiş qanlı terror aktı ilə əlaqədar başsağlığı verib.

“İki sahil” xəbər verir ki, başsağlığı nazirliyin rəsmi X hesabında paylaşılıb.

“İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir, sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”, – deyə paylaşımda qeyd olunub.