28 iyun 2025 20:37
132

Norris Formula 1 Avstriya Qran Prisinin seçmə mərhələsinin qalibi olub

"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris 2025-ci ildə Formula 1 üzrə dünya çempionatının 11-ci mərhələsinin - Avstriya Qran Prisinin seçmə mərhələsinin qalibi olub.

“İki sahil” xəbər verir ki, yarış "Red Bull Ring" trassında keçirilir.

İkinci yeri “Ferrari”dən moneqasklı Çarlz Lekler tutub. "Maklaren" nın digər təmsilçisi avstraliyalı Oskar Piastri isə üçüncü olub.

Mərhələ proqramı iyunun 29-da baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq yarışla yekunlaşacaq.