Rusiya İstintaq Komitəsinin sədri Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri vəzifəsini icra edən Anatoli Nadbitova Yekaterinburqda azərbaycanlıların saxlanılması ilə bağlı vəziyyət barədə ətraflı hesabat hazırlanıb təqdim olunması tapşırığını verib.
Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi açıqlamasına görə, xüsusi əməliyyat zamanı həlak olan azərbaycanlılardan ikisinin Sverdlovsk vilayətində saxlanılması ilə bağlı iş geniş ictimai rezonans doğurub.
Bildirilir ki, işin istintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında xüsusi nəzarətə götürülüb.
AZƏRTAC