28 iyun 2025 23:59
121

Belçika kralı Çilidən qayıtmağa təyyarə tapmır

Belçika kralı Filip və Belçika kraliçası Mathilde rəsmi səfərə getdikləri Çilidən qayıda bilməyiblər.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb səfərdə istifadə edilən təyyarənin zədələnməsi olub.

Qeyd edilib ki, nümayəndə heyətinin tərkibində nazirlər, regional hökumət nümayəndələri və iş adamları da olub.

Bildirilib ki, Antofaqasta hava limanından qalxmağa hazırlaşan Portuqaliyanın “Hi Fly” aviaşirkətinə məxsus “Airbus A340-300” tipli təyyarənin təkərləri zədələndiyi üçün nümayəndə heyəti təyyarədən çıxarılıb.

Təyyarədə 1 ehtiyat təkər olduğu üçün digər təkərləri təmir etmək mümkün olmayıb.

Nümayəndə heyətinin geri qayıtması üçün alternativ həll yolları üzərində işlərin davam etdirildiyi bildirilib.

Belçika mətbuatında çıxan son xəbərlərə görə, kral Filip və onun rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü səhər ölkəyə qayıdacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”