Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi olub, yeni idarə yaradılıb.
“İki sahil” xəbər verir ki, nazirliyin nəzdində İqlim diplomatiyası idarəsi təsis olunub.
Məlumata görə, idarəyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edəcək.
Qeyd edək ki, bununla da Yalçın Rəfiyevin rəhbərliyində beş idarə - Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi, Yaxın Şərq və Afrika idarəsi, Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım idarəsi fəaliyyət göstərəcək.
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlə bağlı videoçarx paylaşılıb
Prezientin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb