01 iyul 2025 10:29
122

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb

Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

Hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb olunub.

Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlar davam etdirilir.

"Report"