Azərbaycanda istehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar.
Bu barədə “İki sahil” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bildirilib ki, təlimlər qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması kimi mövzuları əhatə edir.
Təlimlərdə istehsal ilə məşğul olan sahibkarlar və onların əməkdaşları ilə yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.