Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dövriyyədə 2 120 871 002 manatlıq istiqrazı olub.
"İki sahil” bu barədə Fondun illik maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 24,8 % çoxdur.
Həmin məbləğ 2,645 milyon ədəd istiqrazın ümumi nominal dəyəridir ki, bu da illik müqayisədə 26,3 % çoxdur.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.