03 iyul 2025 00:23
153

Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycan millisinin dünya çempionu olması münasibətilə təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan milli komandasının Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında inamlı qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

“İki sahil” xəbər verir ki, o, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşündə təbriklərini çatdırıb.

"İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb", - Özbəkistan lideri qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının qalibi olub. Elşad Quliyevin yetirmələri finalda Macarıstan millisini yenib.