İsrailin Azərbaycana təyin olunmuş səfiri Ronen Kraus İsrail Prezidenti İsaak Hersoqla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat özünün " X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Prezident İsaak Hersoqla, eləcə də digər missiya rəhbərləri ilə görüşmək şərəfinə nail oldum. İsrailin beynəlxalq diplomatik əlaqələrini gücləndirmək üçün növbəti tapşırıqlarımıza hazırlaşarkən onun göstərdiyi dəstəyə görə minnətdaram. Azərbaycana yeni səfərimin başlanmasını səbirsizliklə gözləyirəm", - o yazıb.
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlə bağlı videoçarx paylaşılıb
Prezientin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb