Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin nümayəndə heyəti Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi məqsədilə Bakıya səfər edib.
“İki sahil” Palataya istinadən xəbər verir ki, nümayəndə heyətini qurumun sədr müavini Nəsir Sadıqov qəbul edib.
O, qonaqlara qiymətləndirmə təşəbbüsünə görə təşəkkür edərək iki qurum arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Hesablama Palatasının fəaliyyətini bundan əvvəl digər həmkar qurumların qiymətləndirdiyini və bu proseslərin uğurla başa çatdırıldığını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri həmkar qiymətləndirmələr barədə qısa məlumat verərək bu layihənin də uğurla icra olunacağına əminliyini bildirib.