Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa bu ölkənin Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.
“Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, - dövlət başçısının məktubunda qeyd olunub.
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlə bağlı videoçarx paylaşılıb
Prezientin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb