04 iyul 2025 14:11
103

İpoteka predmetinin satışı qaydasının dəyişməsi I oxunuşda qəbul edilib

Milli Məclis Azərbaycanda ipoteka predmetinin satışı qaydasının dəyişməsini ilk oxunuşda qəbul edib.

“İki sahil” xəbər verir ki, “İpoteka haqqında” qanuna təklif olunan dəyişiklik parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, o cümlədən hərrac baş tutmadıqda sonrakı prosedurların müəyyən edilməsi, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunacaq.

Sənədə əsasən, buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar qanundan çıxarılır.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.