04 iyul 2025 16:35
120

Xankəndidə Ərdoğan və Pezeşkian arasında görüş olub

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak ediblər.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, ölkə liderləri Xankəndidə görüşüblər.

Görüşdə xarici işlər naziri Hakan Fidan, Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.