Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TOGG” elektromobilinin yeni - “T10F” modeli haqqında paylaşım edib.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, Ərdoğan sosial media hesabında belə yazıb: “Tezliklə vətəndaşlarımızın ixtiyarına veriləcək və yollara çıxacaq yerli və milli elektrikli avtomobilimiz, qürurumuz TOGG-un yeni sedan modeli “T10F”in sınaq sürüşünü həyata keçirdik. Maşallah. Bərəkallah.”
Cumhurbaşkanı Erdoğan, Togg'un sedan modeli T10F'nin test sürüşünü yaptı. pic.twitter.com/OnDaThzeqv
— TRT HABER (@trthaber) July 5, 2025
Məhərrəm Ağalaroğlu, “İki sahil”