06 iyul 2025 16:23
143

Akkan Suver: ECO liderlərinin Xankəndindən dünyaya sülh mesajları verməsi hər birimizi qürurlandırdı

Bir neçə gün bundan əvvəl Rusiyada azərbaycanlılara qarşı göstərilən insanlıqdan kənar münasibətə məyyusluqla şahid olduq. Yekaterinburq şəhərində iki Azərbaycan vətəndaşının qətlə yetirilməsini çox böyük təəssüf və üzüntü ilə qarşıladıq. Lakin bütün bu olanların fonunda tatixi Azərbaycan torpağı olan Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə üzv ölkəkərin liderlərinin dünyaya birlik və sülh mesajları verməsi hər birimizi qürurlandırdı.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver deyib.

O bildirib ki, ölkələrimiz üçün mühüm əhəmiyyət daşıyan bu görüş meydan oxuyan güc nümayişindən uzaq, sülhpərvər və əhatəedici dostluq nümunəsi kimi yaddaşlara həkk olundu.

“Liderlərimizin bu toplantı ilə yan-yana gəlməsi xoş niyyətin göstəricisi olduğu qədər, həm də bir tarazlıq nümayişi oldu. Bu da bizə rəqabətdən uzaq həmrəyliyin nüfuzunu hiss etdirdi. Xankəndində baş tutan bu görüş liderlərin güclü birlik nümayiş etdirməsi qədər Azərbaycanın malik olduğu dəyərləri yaxından tanımaları baxımından da xüsusi əhəmiyyət daşıyır. Ermənistan qarşısında qanuni tələblərini ifadə edən və bununla bağlı bir razılaşma gözlədiyi vaxtda Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi, onun Cənubi Qafqazda malik olduğu yüksək nüfuzu bir daha ortaya qoydu” - deyə vəqf rəhbəri bildirib.