“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Diogo Balaunu heyətinə qatıb.
25 yaşlı futbolçu ilə iki illik (1+1) müqavilə imzalanıb.
Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.
Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılovu ("Neftçi") transfer edib.