Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Türkmənistan mediasında olduqca geniş şəkildə işıqlandırılıb.
“İki sahil” xəbər verir ki, ofisi Türkmənistanda yerləşən nüfuzlu "News Central Asia" informasiya portalında, eləcə də ölkənin "Orient", "Turkmenportal", "Ashgabattimes" və "Atavatanturkmenistan" internet informasiya resurslarında Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, Zirvə görüşündə iştirakı və çıxışı barədə materiallar dərc olunub.
Materiallarda “ECO həftəsi” çərçivəsində Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Füzulidə isə İşgüzar Forum keçirilməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu xüsusi maraqla izləyiblər.
Dərc olunan yazılarda Azərbaycanın iqtisadi inkişafı, müstəqil xarici siyasəti və ECO daxilindəki fəal rolu nəzərə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük beynəlxalq nüfuza malikdir.
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlə bağlı videoçarx paylaşılıb
Prezientin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb