Destatis-in açıqlamasında bildirilib ki, may ayındakı artım əsasən avtomobil, əczaçılıq və enerji sektorlarında müvafiq olaraq 4,9 faiz, 10,0 faiz və 10,8 faiz yüksəlişlə bağlı olub.
Xüsusilə avtomobil və dərman məhsullarının istehsalında qeydə alınan artım alman məhsullarına ABŞ tərəfindən tətbiq edilən tariflərə baxmayaraq, ixracatın genişlənməsinə işarə edir. Bununla yanaşı, sənaye sektoru hələ də qeyri-müəyyən iqtisadi şəraitlə üzləşməkdədir. Yeni sifarişlərin həcmi may ayında 1,4 faiz azalıb ki, bu da gələcək aylarda sektorda istehsal tempinin zəifləyə biləcəyini göstərir.
Hesabata görə, emal sənayesində istehsal 1,4 faiz artıb, lakin tikinti sektorunda 3,9 faiz azalma müşahidə olunub. Ümumilikdə, Almaniyada sənaye istehsalı may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz artıb.
Orxan Vahidoğlu, "İki sahil"