LSEG-in məlumatına görə, “Nvidia”nın bazar dəyəri artıq Kanada, Meksika və Birləşmiş Krallıqda fəaliyyət göstərən bütün səhmdar şirkətlərin ümumi dəyərini üstələyib.
Dörd il əvvəl əsasən oyun qrafik kartları ilə tanınan “Nvidia”, bu gün süni intellekt sahəsində lider mövqeyə sahibdir. Son rübdə 44,1 milyard dollar gəlir əldə edən şirkətin illik gəlirinin 2026-cı ilə qədər 170 milyard dollara çatacağı proqnozlaşdırılır.
“Wall Street” analitiklərinə görə, “Nvidia” yaxın zamanda 4 trilyon dollarlıq həddi keçərək texnologiya dünyasında yeni bir mərhələyə qədəm qoya bilər.
Orxan Vahidoğlu, “İki sahil”