07 iyul 2025 17:16
111

“Araz-Naxçıvan” “Trabzonspor”la qarşılaşacaq

Yay təlim-məşq toplanışını iyulun 5-dən etibarən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqibləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  klubdan verilən məlumata görə, komanda hazırlıq prosesi çərçivəsində üç yoxlama oyunu keçirəcək və bu matçların hamısında Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Muxtar respublika klubu iyulun 9-da “Bayburtspor”, 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) münasibətlərinə aydınlıq gətirəcək. İyulun 24-də Liv Bona Dea Arenada keçiriləcək matç saat 20:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra səfərdə olacaq.