08 iyul 2025 10:30
105

Naxçıvanda "Oksigen İstehsalı Müəssisəsi" qeydiyyatdan keçib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə məxsus "Oksigen İstehsalı Müəssisəsi" MMC-ni dövlət qeydiyyatına alıb.

“İki sahil” Xidmətə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Qəmqusar küçəsi, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İlqar Rəhim oğlu Qafarovdur.