08 iyul 2025 16:00
127

Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yollarında aparılan təmir səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edib.

Bu barədə "İki sahil"ə ADY-dən bildirilib.

Belə ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.